Yevlaxda kafe YANDI

20:45 24.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

"Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə əlavə edilib.